Bu barədə Aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, Bakı üzrə 4 000 000 manatdan çox cərimə tətbiq edilsə də, bu cərimələrin yalnız 25 500 manatı ödənilib: “Özünüz də gördüyünüz kimi, külli miqdarda cərimə tətbiq etsək də, onun yalnız cüzi hissəsi ödənilib".
Raqif Mirzəyev “Bizdə qanunvericilikdə belədir ki, cərimə qərarları çıxarılır və qanunvericiliyə uyğun olaraq rayon icra qruplarına göndəririk. Onlar da məsələni icraata götürərək cərimənin ödənilməsini təmin etməlidirlər. Lakin təəssüflər olsun ki, bu baş vermir və nəticədə belə acınacaqlı statistika qeydə alınır” - deyə, bildirib.
Son xəbərlər
Son Xəbərlər