4 otaqlı ev ilə “Mercedes” külə döndü

4-otaqli-ev-ile-mercedes-kule-dondu
Oxunma sayı: 938


“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, Qazax rayonunun  Çaylı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın isə Abşeron rayonunda baş verib. Xırdalan şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.