4 otaqlı evdə yanğın- - Göyçayda

4-otaqli-evde-yangin-
Oxunma sayı: 773


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bığır kəndində vətandaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanıb. 

Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub. 

Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.