4 otaqlı evdə yanğın

4-otaqli-evde-yangin
Oxunma sayı: 896


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bünyadabad kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.