Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Günün son oyununda “Qəbələ” səfərdə autsayder “Səbail”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, turun açılış matçında “Zirə” səfərdə “Turan Tovuz”a 2 cavabsız qolla qalib gəlib. Bu turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları şənbə, “Qarabağ”– “Neftçi” matçı isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
24 fevral
“Səbail” – “Qəbələ” 2:2
Qol: Mirabdulla Abbasov, 51. Matiya Lyuyiç, 56 – Ramon Maçado, 20; 70.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
Bakı. “ASCO Arena”.
Son xəbərlər
Son Xəbərlər