Hər il film, televiziya, musiqi və ədəbiyyat dünyasının fərqli irq və mədəniyyət üzvlərinin mükafatlandırıldığı “NAACP Image” gecəsi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “National Association for the Advancement of Colored People” tərəfindən təşkil olunan tədbirin əsas ulduzu Beyons olub.
37 yaşlı pop ulduz “İlin şou siması” nominasiyası üzrə qalib olub. Müğənni rəqibləri “Black Panther”in ulduzu Chadwick Boseman, rejissor Ryan Coogler, “If Beale Street Could Talk” kinosunun qəhrəmanı Regina King və basketbol əfsanəsi LeBron Jamesi geridə qoyaraq qalib olub.
Beyonsu ilk təbrik edən isə həyat yoldaşı, repçi Jay Z olub.









Son xəbərlər
Son Xəbərlər