İspaniyanın paytaxtı Madriddə “Torre Espacio” adlı göydələn bomba xəbərdarlığından sonra boşaldılıb.
“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, hazırda binada bomba axtarışı aparılır.
Qeyd olunur ki, binada Birləşmiş Krallıq, Hollandiya, Avstraliya və Kanadanın səfirlikləri yerləşir.
***
Axtarış işləri nəticəsində göydələndə bomba olduğuna dair məlumatın yalan olduğu məlum olub.
İspaniya polisi xəbərdarlıq edən şəxslə bağlı araşdırma aparır.
Son xəbərlər
Son Xəbərlər