“4 yaşından oğlum üçün qız axtarıram” - Brilliant Dadaşova

4-yasindan-oglum-ucun-qiz-axtariram
Oxunma sayı: 5460

Xalq artisti Brilliant Dadaşova oğlu Cahad haqqında danışıb.

“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, xalq artisti qayınana olmaq arzusu ilə yaşadığını bildirib:

"Qayınana olmaq istəyirəm, özü də tezliklə. Amma nə edim ki, Cahad hələ evlənmək istəmir. Amma mən onu evləndirməkdə israrlıyam. 4 yaşından onun üçün qız axtarıram (gülür). Hər gördüyüm qızı ona bəyənirəm. Amma deyir ki, mama mənə hələ toxunma. Yəqin ki, özü istədiyi vaxtda evlənər" - deyə müğənni bildirib.