4 yaşlı qızı ilan sancdı

4-yasli-qizi-ilan-sancdi
Oxunma sayı: 3230

Kürdəmir rayonunda 4 yaşlı qızı ilan sancıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib.

Belə ki, kənd sakini Nur Rəvan qızı Əhmədova yaşadığı evin həyətində oynayarkən ayağından ilan sancıb.

Ailə üzvləri tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qıza ilan zəhəri əlehinə zərdab vurulub, vəziyyəti stabildir.

Tural Hüseynli