4 yaşlı uşağı öldürüblər

4-yasli-usagi-oldurubler
Oxunma sayı: 2812

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

"Qafqazinfo" xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2011-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.