4 yaşlı uşaq avtomobildə yanaraq öldü

4-yasli-usaq-avtomobilde-yanaraq-oldu
Oxunma sayı: 2845

Ucar rayonunda bədbəxt hadisə baş verib. 

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.