4 yaşlı uşaq səhvən benzin içdi

4-yasli-usaq-sehven-benzin-icdi
Oxunma sayı: 721

Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

"Qafqazinfo" ARB TV-yə istinadən xəbər verir ki, rayonun Düzqırıxlı kənd sakini 4 yaşlı Afət Abbaslı səhvən benzin içib.

Dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilən azyaşlıya tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün  reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.