4 yaşlı uşaq yanaraq öldü - Biləsuvarda

4-yasli-usaq-yanaraq-oldu
Oxunma sayı: 746

Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.