“40-a yaxın hotel ulduz təsnifatından keçə bilməyib”

40-a-yaxin-hotel-ulduz-tesnifatindan-kece-bilmeyib
Oxunma sayı: 3615

“Azərbaycanın regionlarında yerləşən hotellərdə ulduz təsnifatı ilə bağlı işlərin görülməsi nəzərdə tutulur”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda 300-dən çox yerləşmə obyekti audit olunub: “200-ə yaxın hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə isə nöqsanları aradan qaldırılması üçün müddət verilib”.