“Qafqazinfo”nun məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-dən Azərtac-a bildirilib ki, Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür.
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən start verilib və bu günə kimi 61 kilometr yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları”nın İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Son xəbərlər
Son Xəbərlər