“40 il siçan kimi yaşamaqdansa...”

40-il-sican-kimi-yasamaqdansa
Oxunma sayı: 2437

Şimali Makedoniyanın “Sileks” klubunun baş məşqçisi Qoran Simov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

"Qafqazinfo" xəbər verir ki, 45 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

"Bu, bizim üçün çox böyük təcrübədir. Çox gənc komandayıq, ürəyimizdə həyəcan coşub-daşır. Ötən mövsüm bizə heç kim şans vermirdi, amma çempionatda ikinci yeri tutduq. Gənc komanda olduğumuz üçün təcrübə baxımından bizim üçün yaxşı olacağını düşünürük. Burada olduğumuz üçün şadıq. “Qarabağ” böyük klubdur. Böyük futbolçuları var, hansı ki, milli komandalarda çıxış edirlər. Amma biz bura arzularımızın arxasınca gəlmişik. Futbolçulara demişəm ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bura gəlmək necə xəyal idisə, sabah da yeni xəyal üçün meydana çıxacağıq".