“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi ələ keçirib. Polis əməkdaşları saxlanılan Elçin Əliyevin üzərinə baxış zamanı 2 ədəd kibrit qutusunda 6.5, və 7 qram çəkidə olan qurudulmuş marixuana aşkar ediblər. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun kirayədə yaşadığı Nizami rayonu, Həsən Əliyev küçəsi, 3 saylı ünvana baxış keçirilərkən ümumi çəkisi 15 kiloqram, 200 qram çəkidə olan qurudulmuş marixuana tapılıb.
Rasim Qurbanov- Gəncə şəhər BPİ-nin şöbə rəisi bu barədə danışıb:
"Əməliyyat tədbirləri nəticəsində 1961-ci ildə Gəncə şəhərində anadan olan, əvvələr Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə məhkum olunan Əliyev Elçin Telman oğlu Gəncə şəhərinin Pasaj adlanan ərazisində saxlanılaraq idarəyə gətirilib. Əliyev Elçindən götürülən külli miqdarda narkotik vasitələrin Gəncə şəhərində və ətraf rayonlarda digər şəxslərə satıb-satmadığı araşdırılır".
Narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirən Elçin Əliyev tutduğu əməlinə görə, özünü qismən peşman sayıb.
Elçin Əliyev- saxlanılan şəxs peşmançılığını dilə gətirib:
"Peşmanam, ancaq xəstəliyimə görə istifadə edirdim. Həbsxana həyatı artıq mənim üçün vərdiş olub, həyatımın 40 ili orada keçib".
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər