40 milyonluq təklifi rədd etdi

40-milyonluq-teklifi-redd-etdi
Oxunma sayı: 1616

Münxenin “Bavariya” futbol komandasının hücumçusu Robert Levandovski adı çəkilməyən Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə forvardın agenti Sezar Kuxarski Polşanın “Sportowe Fakty” saytına məlumat verib. O bildirib ki, Çin klublarından biri R. Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq polşalı futbolçu təklifi müsbət cavablandırmayıb.

2014-cü ildən Münxen təmsilçisinin heyətində çıxış edən Levandovski bu günlərdə “Bavariya” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb.