“40 peşəkar xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarışlara hazırdır” - FHN

40-pesekar-xilasediciden-ibaret-qrup-2-helikopterle-iranda-axtarislara-hazirdir
Oxunma sayı: 4189

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib”. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.