40 yaşlı kişi Kürdə batdı

40-yasli-kisi-kurde-batdi
Oxunma sayı: 1286

Kür çayında 40 yaşlı kişi batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, nəzarətsiz ərazidə baş verib.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.