“Qafqazinfo” kəpəz tv-yə istinadən xəbər verir ki, Zaqatala sakini 40 yaşlı Gülcənnət Bubuşova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəxanadan verilən məlumata əsasən, həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, Gülcənnət Bubuşova dərman qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülcənnət Bubuşovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər