40 yaşlı qonşusunu öldürüb küçəyə atdı

40-yasli-qonsusunu-oldurub-kuceye-atdi
Oxunma sayı: 3140

Tərtər rayonu, Cavanşir küçəsində kişi meyiti tapılıb. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə DİN-in “102”  xidmətinə həmin küçədə yaşayan sakin məlumat verib. Aparılan araşdırma nəticəsində meyitin rayonun Heydər Əliyev prospekti, ev 56-da yaşayan 1980-ci il təvəllüdlü Xətai Zeynalova məxsus olduğu məlum olub. 

İlkin araşdırmalar zamanı X. Zeynalovun ötən gecə rayonun Cavanşir küçəsində qonşusu Naib Hümbətov tərəfindən bıçaqla bir neçə dəfə zərbə vurularaq qəsdən öldürüldüyü məlum olub. 

Məlumat əsasında hadisə yerinə baxış keçirilib. Meyitin daxili və xarici müayinəsi aparılıb. 

Fakta görə CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və araşdırılması Tərtər rayon prokuroruna həvalə edilib.