Liviyanın paytaxtı Triplodəki Eyn Zara həbsxanasından 400 məhkum qaçıb.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, məhkumlar nəzarətçilərə hücum edərək onları zərərsizləşdiriblər və dəmir barmaqlıqları açaraq qaçıblar.
Onların arasında Liviyanın sabiq prezidenti Muammər Qəddafinin tərəfdarları da var.
Qeyd edək ki, ötən həftədən etibarən Tripolidə Milli Barışıq Hökumətinə (MBH) bağlı briqadalar arasında davam edən toqquşmalarda 47 nəfər ölüb, 130 nəfər isə yaralanıb.
MBH Sədrlik Şurası şəhərdəki toqquşmalara görə bugün paytaxt şəhər və ətrafında fövqəladə vəziyyət elan edib.



Son xəbərlər
Son Xəbərlər