41 manat oğurlayan qadına – - 7 il həbs

41-manat-ogurlayan-qadina-
Oxunma sayı: 1495


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Şirvan sakini, 1964-cü il təvəllüdlü Sevda Qəribova törətdiyi əməli etiaf edib.

O bildirib ki, bundan öncə 2 dəfə məhkumluq həyatı yaşayıb: “Bir dəfə qızıl dükanını bütöv soydum, heç nə saxlamadım. Onda 5 il iş aldım. Cəzam başa çatmamış şərti azadlığa buraxıldım. Sonra yenə oğurluğa görə həbs edildim. Onda da 2 il iş aldım. Bu dəfə də cəzam başa çatmamış şərti azadlığa buraxıldım. Cəmi 8 ay idi çıxmışdım. “Vosmoy bazarı”ndan özümə paltar almağa getdim.Alver edən bir qadına yaxınlaşıb çantasında pul qabısını götürdüm. Biraz aralanandan sonra mülki polislər yaxınlaşıb məni saxladı. Hələ pul qabının içinə baxmamışdım. Bölmədə baxdıq ki, içində cəmi 41 manat pul var”.

S.Qəribova evli olduğunu bildiirb: “Bir qızım, iki nəvəm var. Yorulmuşam artıq, bezmişəm. İşdi də oldu, gərək olmayayadı”.

Sevda Qəribovanın çəkilməyən cəzaları da nəzərə alınaraq ona 7 il həbs cəzası verilib.

Murad Əhməd