41 yaşlı kişi kürəyindən bıçaqlandı

41-yasli-kisi-kureyinden-bicaqlandi
Oxunma sayı: 1383

Bakıda daha bir bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Səbail rayonu Elçin Əzizov küçəsi 6 ünvanının qarşısında baş verib. Tovuz rayon sakini, 1975-ci ildə anadan olmuş İbrahimov Tahir Qəfər oğlu naməlum şəxs tərəfindən bıçaqlanaraq kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.