42 dərəcə isti olacaq

42-derece-isti-olacaq
Oxunma sayı: 1240


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun gecə 22-26, gündüz  34-39 dərəcə isti olacağı proqnozlaşdırılır. 

Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq  küləyi  əsəcək,  arabir güclənəcək.  Havanın temperaturunun  gecə  20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə  12-17,  gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Avqustun 16-dan ikinci ongünlüyün sonunadək  Bakıda və Abşeron yarımadasında havanın yüksək temperatur rejimi fonunda zəif küləklərin üstünlüyü, əsasən səhər və axşam saatlarında havada rütubətliyin çox olması və yaranan durğun hava şəraiti güclü isti temperatur  diskomfortuna  səbəb ola bilər. Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsizdir.