42 yaşında 5-ci dəfə Olimpiya çempionu olub rekord qırdı - Fotolar

42-yasinda-5-ci-defe-olimpiya-cempionu-olub-rekord-qirdi
Oxunma sayı: 6666

Kubalı güləşçi Mihain Lopez eyni idman növündə ardıcıl beş fərdi Olimpiya qızıl medalını qazanan ilk idmançı olub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, iki həftə sonra 42 yaşı tamam olacaq Lopez Olimpiadanın güləş yarışlarında 130 kq çəki dərəcəsində çilili Yasmani Akostanı məğlub edib və rekord vurub.

Üstəlik, bununla da onun Olimpiya qızıl medallarının sayı 5-ə çatıb. 

Xatırladaq ki, daha əvvəl idmançı Pekin, London, Rio, Tokio Olimpiya oyunlarında qızıl medal qazanıb.