42 yaşlı içki aludəçisinin meyiti tapıldı

42-yasli-icki-aludecisinin-meyiti-tapildi
Oxunma sayı: 1536

Tovuzda yaşayış evində meyit aşkarlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Yuxarı Öysüzlü kənd sakini 1977-ci il təvəllüdlü Mayıl Nəbiyevin meyiti yaşadığı evdə tapılıb. 

Məlumata görə, spirtli içki aludəçisi olan 42 yaşlı M.Nəbiyev tək yaşayırmış. Onun həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. 

Qızı ailə həyatı quraraq başqa kəndə köçüb, oğlu isə hərbi xidmətdədir. 

Ölümün dəqiq səbəbi bilinmir. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli