42 yaşlı qadın itkin düşüb

42-yasli-qadin-itkin-dusub
Oxunma sayı: 2270

Bakıda qadın itkin düşüb. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə paytaxtın Nizami rayonu, Naxçıvani küçəsi ev 18, mənzil 25-də yaşayan Qurbanov Cavid Möhtəşəm oğlu Nizami rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinə ərizə ilə müraciət edib.

Müraciətdə bildirilir ki, həyat yoldaşı, 1976-cı il təvəllüdlü Qurbanova İlahə Əlövsət qızı sentyabrın 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami RPİ-nin 24-cü polis bölməsində araşdırma aparılır.