Şəkidə şantajla üzləşdiyini bildirən qadın polisə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən 1981-ci il təvəllüdlü Ş.Əliyeva tanışı R.İsgəndərovun onu fotoları ilə şantaj etdiyini bildirib. Qadın qeyd edib ki, həmin şəxs onu intim fotolarını yayacağı ilə hədələyib və 2 min manat pul tələb edib.
İlkin araşdırmalar zamanı qadına hədə-qorxu gəlmiş şəxsin əvvəllər xuliqanlıq əməlinə görə məhkum edilməsi məlum olub.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər