Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi “Mercedes” markalı avtomobillə Buzovna şossesində piyada 1982-ci il təvəllüdlü Əliyeva Səadət İbadət qızını vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.