42 yaşlı qonşusunu bıçaqladı- - Qusarda

42-yasli-qonsusunu-bicaqladi-
Oxunma sayı: 883


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Gədəzeyxur kənd sakini 1973-cü il təvəllüdlü Bədəlxanov Əsəd Vahid oğlu bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

Qusar rayon Polis Şöbəsindən bildirilib ki, Ə. Bədəlxanov qonşusu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.

Hazırda onu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.