42 yaşlı usta faciəvi şəkildə öldü - Foto

42-yasli-usta-facievi-sekilde-oldu
Oxunma sayı: 5480

Qazaxda ustanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Dağ Kəsəmən kənd sakini, 1981-ci il təvəllüdlü İsmayılov Rasim Aslan oğlu yük avtomobilinin nasaz hava yastığını təmir edərkən partlayış olub.

Hava yastığının partlaması nəticəsində R.İsmayılov faciəvi şəkildə ölüb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisə Bakı-Qırmızı Körpü avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndiindən keçən hissəsində  baş verib: “1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub, "Mercedes" markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb. Faktla bağlı Rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.

Nizam Rza