4250 təhsil müəssisəsi dezinfeksiya edilib

4250-tehsil-muessisesi-dezinfeksiya-edilib
Oxunma sayı: 1707

4 mindən çox təhsil müəssisəsi dezinfeksiya olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, bu günədək artıq 4250 təhsil müəssisəsində dezinfeksiya işləri yekunlaşdırılıb. 

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.