43 yaşlı Bərdə sakini boğazını kəsdi

43-yasli-berde-sakini-bogazini-kesdi
Oxunma sayı: 2749

Bərdədə 43 yaşlı şəxs özünə xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun 20 Yanvar adlanan ərazisində baş verib. Mirzə Fətəli Axundov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Abbasov Cəmaləddin Fəxrəddin oğlu boğazı kəsilmiş halda xəstəxanaya yerləşdirilib. Yaralının sözlərinə görə, özü-özünə qəsd edib. Hadisəni hansı səbəbdən törətdiyi barədə isə məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.  

Tural Hüseynli