43 yaşlı çoxuşaqlı ana “Kainat gözəli” seçildi

43-yasli-coxusaqli-ana-kainat-gozeli-secildi
Oxunma sayı: 2495

“Missis Kainat gözəli – 2020” gözəllik müsabiqəsinin qalibi Rusiya təmsilçisi - 43 yaşlı çoxuşaqlı ana və uğurlu həkim Kseniya Verbitskaya olub.

Müsabiqə yanvarın 21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Tac uğrunda dünyanın 36 ölkəsindən 40 yaşdan yuxarı ailəli qadınlar mübarizə aparıb.

Sankt-Peterburq şəhərindən olan Verbitskayanın dörd övladı var (16 yaşlı oğlan və 12, 8 və 3 yaşlarında qızlar). O, ginekoloq-endokrinloq işləyir, Argentina tanqosu ilə məşğul olur, ədəbiyyatla maraqlanır.

Qeyd edək ki, ötən il Verbitskaya "Missis Sankt-Peterburq Klassik" tituluna sahib olmuşdu.