Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb.
"Qafqazinfo"ya FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 1977-ci il təvəllüdlü Təhməzov Fariz Hidayət oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər