43 yaşlı kişi Xəzərdə batdı

43-yasli-kisi-xezerde-batdi
Oxunma sayı: 1487

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.