43 yaşlı kişini it dişlədi - Foto

43-yasli-kisini-it-disledi
Oxunma sayı: 2447

Sahibsiz itlər Tovuz sakininə xəsarət yetirib.

“Qafqazinfo” Kəpəz TV-yə xəbər verir ki, sahibsiz itlər 43 yaşlı kişiyə hücum edib.

Hadisə Tovuzun Aşağı Quşçu kəndində baş verib. Ev sahibi Mübariz Əsgərov həyətində olarkən itlər onun ayağından dişləyib. O, dərhal qonşuların köməyi ilə kənd tibb məntəqəsinə çatdırılıb. Zərərçəkənə quduzluq əleyhinə vaksin vurulub. Hazırda ev şəraitində müalicə alan rayon sakinin vəziyyəti kafi qiymətləndirilir.

Sahibsiz itlər Aşağı Quşçu ilə yanaşı rayonun mərkəzində, Ağdam və Yuxarı Öysüzlü kəndlərində də insanlara xəsarət yetirib.

Qeyd edək ki, bir neçə ay öncə Yuxarı Öysüzlüdə 10-dan çox xırdabuynuzlu heyvan quduz itlərə yem olmuşdu.