“44 günlük müharibə Cənubi Qafqazda siyasi və hərbi güc balansını dəyişdirib” - Ruslan Puxov

44-gunluk-muharibe-cenubi-qafqazda-siyasi-ve-herbi-guc-balansini-deyisdirib
Oxunma sayı: 985

“2020-ci il sentyabrın 27-si başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan və Ermənistan üçün dönüş nöqtəsi olmaqla yanaşı, həmçinin Cənubi Qafqazda siyasi və hərbi güc balansını da dəyişdirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyadakı Strategiyaların və Texnologiyaların Analizi Mərkəzinin direktoru və hərbi analitik Ruslan Puxov “Kommersant” qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

“Bu müharibə, həmçinin Türkiyənin regional güc olaraq nüfuzunun daha da yüksəlməsinə, Rusiyanın Cənubi Qafqaza təsirinin real sərhədlərinin müəyyənləşməsinə, ABŞ və Avropa İttifaqı ölkələrinin keçmiş sovet məkanının bu hissəsinə real maraq dərəcəsinin aydınlaşmasına səbəb olub. Azərbaycanın pilotsuz uçuş aparatları və döyüş sursatlarının köməyi ilə hava üstünlüyünə nail olması müharibənin nəticəsini təyin edən əsas amillərdən biri olmaqla yanaşı, həm də bu miqyaslı silahlı toqquşmalarda hərbi sənətin inkişafında bir addım idi”, - deyə Puxov yazır.

Eyni zamanda qeyd edir ki, Ermənistan-Azərbaycan arasında münaqişənin necə sürətlə və güclə bərpa olunmasını nəzərə alaraq, Qarabağdakı hazırkı vəziyyəti dayanıqlı hesab etmək olmaz: “Belə olan halda, müharibədən nəinki dərslər çıxarmaq, həmçinin onun dinamikasını da izləmək lazımdır”.