4.4 milyard itki -

44-milyard-itki-
Oxunma sayı: 1350


Ekspert qeyd edib ki, son məlumatlara görə Neft Fondunda 30 ton qızıl saxlanılır: “Fond qızıl almağa 2012-ci ildə başlayıb və həmin il 10 ton qızıl alıb. 2012-ci ildə qızılın ortalama qiyməti hər unsiya üçün 1.668 dollar olub. Neft Fondu 2013-cü ildə əlavə olaraq 20 ton qızıl alıb, həmin il qızılın ortalama qiyməti 1.409 dollar olub. Gələk bu ilə, 2015-ci il iyul ayının 27-də, yəni bu gün dünya bazarında qızılın qiyməti hər unsiya üçün 1085 dollardır”. 

İtkiləri hesablayan iqtisadiyyatçı Neft Fondunun 395,7 milyon dollar ziyan etdiyini vurğulayıb: “1 ton qızıl 32.150 unsiyaya bərabərdir, 2012-ci ildə alınan 10 ton qızıl 321.500 unsiyayadır. 2012-ci ilin ortalama qiyməti 1.668 dollar, bu günə olan qiymət 1085 dollar – fərq 583 dollar, alınan qızılın həcminə vursaq fərq – 187,4 milyon dollar təşkil edir. 2013-cü ildə qızılın ortalama qiyməti 1.409 dollar olub, bu günə olan fərq – 324 dollar, həmin il alınmış qızıl 20 ton, yəni 643.000 unsiya təşkil edir, alınan qızılın həcminə vursaq fərq – 208,3 milyon dollar təşkil edir. Yəni, belə çıxır ki, 30 ton qızıl almaqla Neft Fondu bu günə olan qızıl qiymətlərinə görə 395,7 milyon dollar zərər edib”.

“Qafqazinfo”