44 yaşlı qadın evində ölü tapıldı

44-yasli-qadin-evinde-olu-tapildi
Oxunma sayı: 2500


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1971-ci təvəllüdlü Əhmədova Ülviyyə Sədaqət qızının Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə dərhal FHN-nin xilasediciləri cəlb olunub. 

Xilasedicilər mənzilin giriş qapısını açaraq adı çəkilən şəxsin cəsədini aşkarlayıblar. Ü.Əhmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.