“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Şəki rayon Cunud kənd sakini 44 yaşlı Əmrahova Fazilə Cavid qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən ilan onun sağ əlinin şəhadən barmağından sancıb.
Zərərçəkən dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti orta ağırdır.
Son xəbərlər
Son Xəbərlər