447 minlik cinayətin üstü açıldı

447-minlik-cinayetin-ustu-acildi
Oxunma sayı: 923


Araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən ayrılmış yardımın 447 min manatını mənimsəmə və israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.