44980 nəfər müayinə edilib

44980-nefer-muayine-edilib
Oxunma sayı: 742


“Qafqazinfo”ya daxil olan məlumata görə, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunub. Fevralın 2-dən etibarən artıq rayon üzrə 44980 nəfərin müayinələrdən keçməsi təmin olunub. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülüblər. Belə ki, qeyd olunan müddət ərzində 170 nəfər stasionar müalicəyə götürülmüş, 10810 nəfərə ambulator müalicə təyin edilib. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. 

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.