45 yaşlı kişini maşın vurub öldürdü

45-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 1573

Xaçmazda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, S.Musayev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə rayonun Niyazoba kəndi ərazisində 1980-ci il təvəllüdlü Əzizov Ağaşərif Eyvaz oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Fakt üzrə Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.