45 yaşlı kişinin meyiti tapıldı

45-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1334

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü E. Cəfərovun meyitini aidiyyəti üzrə təhvil veriblər.