45 yaşlı qadını döyərək öldürən şəxs saxlanıldı

45-yasli-qadini-doyerek-olduren-sexs-saxlanildi
Oxunma sayı: 1820

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Liman şəhəri  M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də  evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.