453 min nəfər Ermənistanı tərk edib – - Son 14 ildə

453-min-nefer-ermenistani-terk-edib-
Oxunma sayı: 1207


”Qafqazinfo” AzərTac-a xəbər verir ki, Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri“ jurnalı 8 fevral tarixli nömrəsində Ermənistanı tərk edən əhalinin statistikası ilə bağlı məlumat dərc edib.

Son dövrlərdə ölkə əhalisinin sayının sürətlə azaldığı diqqətə çatdırılan məqalədə ermənilər arasında imiqrasiyanın geniş şəkil almasının əsl səbəbi kimi ölkə iqtisadiyyatının tənəzzülə uğraması, aclıq və safalətin hökm sürməsi, korrupsiyaya qurşanan məmurların özbaşınalığı olduğu vurğulanır.

Ermənistan statistika idarəsinin məlumatına əsasən, son 14 ildə 453 min vətəndaşın ölkəni tərk etdiyi bildirilir. Məqalədə Ermənistan müstəqillik əldə etdiyi dövrdən ermənilərin ölkəni tərk etmələrinin heç vaxt ara vermədiyi, əksinə getdikcə daha intensiv şəkil aldığı qeyd olunur.

Jurnal Ermənistan vətəndaşlığından imtina edənlərin nə vaxtsa ölkəyə geri qayıdacağının böyük şübhə altında olduğunu, uzun illər acı məhrumiyyətlərə dözmək məcburiyyətində qaldıqlarından Ermənistanı tərk edənlərin onları fəlakətlər gözləyən vətənlərinə yenidən qayıtmaq fikrində olmadıqlarını yazır.