46 yaşlı kişi dənizdə boğuldu

46-yasli-kisi-denizde-boguldu
Oxunma sayı: 1084


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda 1 nəfər 1969-cu il təvəllüdlü Əsədov Mahir Cığəli oğlu dənizdə (ən yaxınlqdakı xilasetmə məntəqəsindən 3 km sağda) çimərkən batıb. 

M.Əsədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.